"Qalatasaray" Çempionlar Liqası matçına 3 itki ilə çıxacaq

17:18 - 20 Yanvar 2026

"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunda doğma meydanda "Atletiko"nu qəbul edəcək.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi görüşə 3 itki ilə çıxacaq.

Müdafiəçi Arda Ünyay, Vilfred Sinqo və yarımmüdafiəçi Qabriel Sara zədəlidir. Onlar vacib matçda komandaya kömək edə bilməyəcək.

Afrika Millətlər Kubokundan qayıdan Viktor Osimhen isə artıq komanda ilə məşq edir və oynamağa hazırdır.

Qeyd edək ki, "Qalatasaray" - "Atletiko" qarşılaşması sabah keçiriləcək və saat 21:45-də start götürəcək.

Xəbər xətti