UEFA Gənclər Liqasında əsas mərhələsinin 3-turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qarabağ"ın U-19 komandası səfərdə "Atletik"in qonağı olub. Qarşılaşma Bilbao təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan təmsilçisi növbəti oyununu noyabrın 5-də Bakıda "Çelsi"yə qarşı keçirəcək.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki matçlarda "Benfika"ya 1:7, "Kopenhagen"ə isə 0:5 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi