2025-ci ilin ən çox tələbat olan idmançıları - ilk 10-luq

23:31 - 23 Oktyabr 2025

SportsPro jurnalı 2025-ci ilin ən çox tələbat olan idmançılarının reytinqini dərc edib.

Sportal.az xəbər verir ki, tələbat göstəricisi üç amil üzrə müəyyənləşdirilib: şəxsi brendin gücü, iqtisadi potensial və bazar əhatə dairəsi (idmançının öz növündə qazanma imkanlarını əks etdirən göstərici). Bu ilki siyahıya 12 idman növündən və 17 millətdən nümayəndələr daxil edilib.

Reytinqin lideri yeddiqat “Formula-1” çempionu Luis Hemilton olub. Portuqaliyalı ulduz futbolçu Ronaldo isə 5-ci pillədə qərarlaşıb. İlk onluğa, həmçinin, aşağıdakı adlar daxil olub:

1. Luis Hemilton – “Formula-1”

2. Simona Bayls – idman gimnastikası

3. Ilona Mayer – reqbi

4. Stefan Karri – basketbol

5. Kriştiano Ronaldo – futbol

6. Neymar – futbol

7. Keytlin Klark – basketbol

8. Lebron Ceyms – basketbol

9. Yanis Adetokunbo – basketbol

10. Koko Qauff – tennis

Xəbər xətti