İngiltərə yığmasının sabiq qolkiperi karyerasını başa vurdu - 40 yaşında

22:28 - 23 Oktyabr 2025

İngiltərə yığmasının sabiq qapıçısı Skott Karson 40 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, o, ötən yay “Mançester Siti”dən azad agent kimi ayrılıb. Karson “şəhərlilər”in heyətində 6 il ərzində cəmi iki oyun keçirib və 11 kubok qazanıb.

Karson həmçinin “Liverpul”, “Aston Villa”, “Vest Bromviç”, “Derbi Kaunti” və digər klublarda çıxışları ilə də tanınır.

Xəbər xətti