"Mourinyo ilə olan münasibətimizi 20 il əvvəlki bir qızla yaşadığım roman kimi xatırlayıram"

22:49 - 23 Oktyabr 2025

İker Kasilyas “Real”dakı Joze Mourinyo ilə fikir ayrılıqlarını xatırlayıb.

Sportal.az xəbər verir ki, “Real”ın sabiq qapıçısı bildirib ki, Mourinyo ilə sonuncu dəfə təxminən bir il əvvəl 2025-ci ilin sonunda yayımlanacaq sənədli filmin çəkilişləri zamanı görüşüb.

“Onunla kabinetdə danışmalı idim və bunu etmədiyimə görə təəssüflənirəm. Artıq kifayət qədər səs-küy vardı, mən isə vəziyyəti daha da böyütmək istəmirdim. O, məni jurnalistlərlə dostluqda ittiham edirdi, amma bu dostluq o qədər yaxın deyildi ki, soyunma otağındakı məlumatlar mətbuata sızsın.

İnsanlar nifrətdən danışırlar, amma zamanla hər şey dəyişir. Bizim münasibətlərimiz sevgi və nifrət arasında idi. Onları iyirmi il əvvəlki bir qızla münasibət kimi xatırlayıram. Gözəl vaxtlar idi, amma "Real" hər şeydən üstündür”. – deyə Kasilyas "Bajo Los Palos by Flexicar" podkastında söyləyib.

Xəbər xətti