Tanınmış şərhçi Kamilo Duranla görüşdü, bu sözləri yazdı - FOTO

18:59 - 22 Yanvar 2026

Tanınmış türkiyəli şərhçi Ertem Şener "Qarabağ"ın hücumçusu Kamilo Duranla görüşüb.

Sportal.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Şener kolumbiyalı forvardla bağlı xoş sözlər yazıb:

"Dünən gecə "Qarabağ"da meydanda sadəcə bir futbolçu yox, bir ulduz var idi - Kamilo Duran.

"Ayntraxt"la oyunda vurduğu möhtəşəm qollar və ortaya qoyduğu ruh sayəsində Matçın Adamı adına sonuna qədər layiq olduğunu sübut etdi.

Hazırda bütün Avropa və Çempionlar Liqası bu möhtəşəm kolumbiyalı bombardiri müzakirə edir".


Xəbər xətti