Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

19:51 - 22 Yanvar 2026

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Real"ın futbolçusu Vinisius Junior həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger azarkeşlər arasında keçirilən sorğuda Robert Navarro ("Atletik"), Fermin Lopez ("Barselona") və Luis Suarezi ("Sportinq") qabaqlayıb.

Qeyd edək ki, Vinisius Junior "Real"ın öz meydanında "Monako"nu 6:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti