"Sabah"ın sabiq futbolçusu "Neftçi"də - FOTO

10:34 - 22 Yanvar 2026

"Sabah"ın sabiq futbolçusu Mixeil Erqemlidze karyerasını Qırğızıstanda davam etdirəcək.

Sportal.az xəbər verir ki, 26 yaşlı gürcü vinger “Neftçi” ilə anlaşıb. Koçkor-Ata təmsilçisi onunla bir illik müqavilə imzalayıb.

“Sabah”dan savayı “Kəpəz”in də formasını geyinmiş Erqemlidze “Çixura”, “Qaqra”, “Dinamo”(Tbilisi), “Betlemi”(hamısı Gürcüstan), “Adana Demirspor”(Türkiyə), “Brera”(Şimali Makedoniya), “Kirivonq”(Kamboca), “Tauras”(Litva), “Varnsdorf”(Çexiya) klublarında oynayıb.

Xəbər xətti