Almaniya səfirliyi "Qarabağ"ı qələbə münasibətilə təbrik etdi

15:35 - 22 Yanvar 2026

Almaniyanın Azərbaycandakı səfirliyi "Qarabağ"ı ötən gün "Ayntraxt" (Frankfurt) üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib.

Sportal.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım olunub: "Qarabağ" FK-nı "Ayntraxt" (Frankfurt) üzərində 3:2 hesablı qələbə münasibətilə ürəkdən təbrik edirik! Səfir Horlemann və Almaniyanın Bakıdakı səfirliyinin bir qrup əməkdaşı dünən stadionda idi.

Tofiq Bəhramov adına Respublika stadionun unikal atmosferində həyəcanlı bir oyun və gözəl bir futbol axşamı oldu". Xatırladaq ki, Azərbaycan çempionu Almaniya təmsilçisini 90+3-cü dəqiqədə vurduğu qolla məğlub edib - 3:2.

Xəbər xətti