"Trabzonspor"un yarımmüdafiəçisi Krist İnao Ulai Super Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Bu barədə jurnalist Ali Naci Küçük məlumat yayıb.
İstanbul nəhəngi Ulai üçün onun klubuna 20 milyon avro və Ahmed Kutucunu təklif edib. "Trabzonspor" isə 19 yaşlı oyunçu üçün 30 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Trabzonspor" Krist İnao Ulaini mövsümün əvvəlində "Bastiya"dan 5,5 milyon avroya transfer edib. Gənc futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
