Türkiyə millisinin sabiq forvardı: "Qarabağ" hər kəsi təəccübləndirməyə davam edir"

16:30 - 22 Yanvar 2026

Türkiyə milli komandasının keçmiş hücumçusu Nihat Kahveci Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Qarabağ”ın Bakıda “Ayntraxt” (Frankfurt) üzərindəki 3:2 hesablı qələbəsini şərh edib.

Sportal.az xəbər verir ki, Kahveci Ağdam klubu ilə yanaşı "Qalatasaray"ın göstərdiyi nəticə barədə bunları deyib:

"Bravo, “Qarabağ”. Onları təbrik edirəm. “Qarabağ” hər kəsi təəccübləndirməyə davam edir. Belə performans alqışlara layiqdir. "Qarabağ"a uğurlar. "Qalatasaray" və "Qarabağ"ın artıq 10 xalı var. Möhtəşəm performansdır, hər iki klubumuz çox güclüdür. Əminəm ki, hər ikisi irəliləyəcək".
 

Xəbər xətti