"Araz-Naxçıvan"ın hücumçusu, “Neftçi” ilə görüşdə dubl edən Ba-Muaka Simakala Sportal.az saytına açıqlama verib. O, komandasının bu görüşdə heç-heçə oynamasına münasibət bildirib:
"Neftçi"yə qarşı oyun yaxşı keçdi. Biz qalib gəlmək istəyirdik. Hər halda, ağır oyun oldu. Həm komandanın performansından razıyam, həm də iki qol vurmağımdan. Çalışdım ki, komandaya xeyir verim. Təbii ki, biz hamımız komanda üçün çalışırıq. Əsas odur ki, komanda qalib gəlsin, kimin qol vurması o qədər də önəmli deyil. Buraxdığımız ikinci qolda oyundankənar vəziyyəin olub-olmaması haqda heç nə deyə bilmərəm. Çünki bu, mənimi işim deyil, mən futbolçuyam və meydanda futbol oynayıram. Mübarizəyə davam edirik, matçlar bizi gözləyir".
O, komandasının "Neftçi" ilə görüşdə 2:2 edərək bir xal qazandığını, yoxsa iki xal itirdiyi məsələsi haqda isə bunları deyib:
"Əlbəttə ki, iki xal itirdik. Hamımız həmişə udmaq istəyirik. Amma "Neftçi" də yaxşı komandadır, onlara qarşı oynamaq çətin olur. Bu matç artıq geridə qaldı. Növbəti tura hazırlaşırıq. Mübarizəmizə davam edirik və meydana çıxdığımız hər bir matçda uğurlu nəticə üçün oynayırıq. Növbəti görüş də çətin olacaq, hər halda mübarizəmizi sona qədər aparacağıq".
saytlarin hazirlanmasi
