Tanınmış məşqçi Yunanıstanda çalışacaq

14:33 - 24 Oktyabr 2025

Yunanıstanın "Panatinaikos" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Rafael Benites çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Rafael Benitesin son iş yeri "Selta" olub. 65 yaşlı məşqçi 2024-cü ilin mart ayında istefaya göndərilmişdi.

Xəbər xətti