Kurban Berdiyev: "Qələbə bizim üçün çox vacib idi"

16:52 - 24 Oktyabr 2025

"Turan Tovuz" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər.

- Komandanın oyunu sizi qane etdi?

- Tam olaraq yox. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.

- Rəhim Sadıxovun start heyətində meydana çıxması dərəcədə doğrudur?

- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu.

Elçin Əlixan 

Xəbər xətti