"Beşiktaş"ın heyətində ciddi itki

18:36 - 24 Oktyabr 2025

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Rafa Silva sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçunun ayaq əzələsində zədə aşkarlanıb. 32 yaşlı oyunçu bazar günün "Kasımpaşa" ilə matçda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında "Beşiktaş"da çıxış edir. Portuqalya millisinin sabiq üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti