Bruno Fernandeş Səudiyyə Ərəbistanına getməyi planlaşdırmır.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi ötən yay Səudiyyə klublarından təklif almışdı, lakin “Mançester Yunayted”də qalmağı seçdi. BBC-nin məlumatına görə, portuqaliyalı futbolçu növbəti mövsümlərarası fasilədə də oraya köçməyi düşünmür.
Bununla belə, “Mançester Yunayted”in kapitanı bir neçə böyük Avropa klubunun maraq dairəsindədir. Fernandeşin “qırmızı şeytanlar”la müqaviləsində elə bir maddə var ki, müəyyən tarixədək APL klublarından başqa bir komandaya 65 milyon avroya keçidi mümkündür.
Qeyd edək ki, cari mövsümdə Fernandeş Premyer Liqada 8 oyun keçirib və 2 qol vurub.
saytlarin hazirlanmasi
