"Neftçi" ilə oyunda qol vurmaq, məhsuldar ötürmə etmək istəyirəm"

16:24 - 25 Oktyabr 2025

"Kəpəz" Misli Premyer Liqasının 9-cu turunda Qəbələ şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə uduzub.

Gəncə təmsilçisinin yarımmüdafiəçisi Rionosuke Ohori matçdan sonra Sportal.az saytına açıqlama verib. Yaponiyalı futbolçu qapıçı Məmməd Hüseynovun qırmızı vərəqə gördüyü epizodu şərh edib:

"Oyuna normal başlamışdıq, amma aldığımız qırmızı vərəqə bütün situasiyanı dəyişdi. Bundan sonra geridönüş edə bilmədik və qapımızda qollar gördük. Orda oyundan kənar vəziyyət var idisə, qırmızı vərəqə verilməməli idi. Vəziyyəti biz də tam olaraq anlaya bilmədik. Hakimdən soruşduqda isə bizə cavab vermədi.

Ohori növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyun barədə də fikirlərini bildirib. Müqavilə ilə "ağ-qaralar"a məxsus olan 24 yaşlı oyunçu həmin matçın onun üçün xüsusi əhəmiyyətinin olduğunu deyib:

"Bu qarşılaşmanın mənim üçün xüsusi əhəmiyyəti olacaq. "Neftçi"dən ayrılmışam. Hazırda "Kəpəz"in formasını geyinirəm. Bu qarşılaşmada qol vurmaq, məhsuldar ötürmə etmək istəyirəm".

Elçin Əlixan

Xəbər xətti