"İmişli"nin ağır zədə alan futbolçusunun durumu açıqlandı

16:47 - 25 Oktyabr 2025

"İmişli"nin Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyunda zədələnən futbolçusu Vüsal Qənbərovun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. Bildirilib ki, hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib. Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Onun oktyabrın 27-də əməliyyat olunması planlaşdırılır.

Qeyd edək ki, Vüsal" ötən ilin yanvar ayından "İmişli"nin formasını geyinir.


Xəbər xətti