"Çelsi" "Porto"nun futbolçusu Samu Aqehovanı transfer etməkdə israrlıdır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "zadəganlar" 21 yaşlı forvard üçün indidən "Porto" ilə danışıqlara başlayıb.
Portuqaliya nəhəngi forvardı üçün 100 milyon avro tələb edir. "Çelsi" isə bu qədər məbləği dərhal ödəməmək üçün "Porto" rəsmiləri ilə görüşlər keçirir.
Qeyd edək ki, ispan hücumçu bu mövsüm 10 matçda 8 qol vurub. Onun "Porto" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
Samu "Qranada", "Atletiko", "Alaves" klublarında oynayıb.
Əlavə edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.
saytlarin hazirlanmasi
