"Qarabağ"ın rəqibinin qapıçısı zədələndi - 1 ay oynamayacaq

13:27 - 25 Oktyabr 2025

İtaliyanın "Napoli" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki Neapol təmsilçisinin qapıçısı Aleks Meret sıradan çıxıb.

İtaliyalı qolkiperə sağ ayağındakı metatars sümüyünün sınığı diaqnozu qoyulub. 28 yaşlı "əlcək sahibi" təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Aleks Meret bu mövsüm komandanın heyətində 4 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 26-da İtaliyada baş tutacaq.

Xəbər xətti