İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi" doğma meydanda "Sanderlend"i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 17-yə yüksəldən "Sanderlend" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 14 xalı olan "Çelsi" isə 7-ci yerdədir.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 6-də Bakıda baş tutacaq.
"Çelsi" - "Sanderlend" 1:2
Qollar: Alexandro Qarnaço, 4 - Uilson İsidor, 22, Şemsdin Talbi, 90+3
