"Sabah"dan hakimlə bağlı paylaşım - "-4 xal"

19:46 - 25 Oktyabr 2025

"Sabah" Misli Premyer Liqasının 9-cu turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi hakim idarəçiliyindən narazı qalıb.

Komandanın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında bu barədə danışıb. Litvalı mütəxəssis oyunun son dəqiqələrində "Sabah"ın əleyhinə verilən cərimə zərbəsinin yalnış qərar olduğunu bildirib. Onun sözlərinə görə həmin epizodda qaydanıpozan "Araz-Naxçıvan"ın futbolçusudur.

Klubun sosial şəbəkə hesabları bununla bağlı "-4 xal" başlığı ilə video paylaşıb. Videoda iki epizoda yer verilib. Bunlardan birincisi bugünkü oyunun son dəqiqələrində yaşanan epizoddur. Digəri isə 6-cı turun "Sumqayıt"la matçında (1:1) "Sabah"ın qeydə alınmayan qolundan öncə verilən qayda pozuntusudur.

Xəbər xətti