Millimizə qol vurdu, “Beşiktaş” transfer etmək istədi

12:48 - 26 Oktyabr 2025

Fransa millisinin üzvü Floran Tovan karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, “Beşiktaş” 32 yaşlı yarımmüdafiəçi üçün “Lans”a lazım olan məbləği ödəməyə hazırdır.

"Qara qartallar"ın baş məşqçisi Sergen Yalçın Tovanı şəxsən sərəncamında görmək istəyir. Onun “Lans”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 

Qeyd edək ki, sonuncu dəfə Fransa millisində 2017-ci ildə oynamış Tovan DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Azərbaycanla oyunları üçün yığmaya cəlb edildi.

O, milli komandamızla(3:0) görüşdə milliyə geri dönüşünü akrobatik qolla qeyd etmişdi.
 

Xəbər xətti