Azərbaycanlı futbolçunun asisti komandasının məğlubiyyətinə mane ola bilmədi

00:56 - 26 Oktyabr 2025

Xorvatiyada futbol üzrə ölkə çempionatının 11-ci turu keçirilir.

Sportal.az xəbər verir ki,  azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” doğma meydanda “Slaven Belupo”nu qəbul edib. Abdullazadə meydana 16-cı dəqiqədə daxil olsa da, 75-ci dəqiqədə əvəzlənib. 1:3 hesabı ilə məğlub olan "Varajdin"in heyətində Abdullazadə yeganə qolun asistini edib.

Qeyd edək ki, hazırda “Varajdin” 15 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

Xəbər xətti