"Turan Tovuz" "Dinamo"nun futbolçusu ilə müqavilə imzalamayacaq

12:16 - 23 Yanvar 2026

"Turan Tovuz" "Dinamo"nun futbolçusu Şamil Hacıyevin xidmətində maraqlı olmayıb.

Sportal.az saytına verilən məlumata görə, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqa klubunda baxışda idi. Kurban Berdiyevin etimadını qazana bilməyən Hacıyevlə müqavilə imzalanmayıb. Ona görə də, futbolçu "Dinamo"ya geri qayıdıb.

Qeyd edək ki, Şamil Rusiya Premyer Liqasında mübarizə aparan “Dinamo”nun (Maxaçqala) futbolçusudur və mövsümün sonuna qədər bu klubla müqaviləsi qüvvədədir.

O, həmin klubun prezidenti Hacı Hacıyevin oğludur. 
 

Xəbər xətti