Türkiyənin "Serik Belediyespor" futbol klubu baş məşqçi Sergey Yuranla müqaviləni ləğv etmək qərarına gəlib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uğursuz nəticələrə görə rus mütəxəssislə yollar ayrılıb.
Yuranın müqaviləsi mövsümün sonuna qədər qüvvədə idi. "Serik Belediyespor" Türkiyənin 1-ci liqasında 13 xalla turnir cədvəlində 13-cü pillədədir.
56 yaşlı məşqçi əvvəllər “Nijniy Novqorod”, “Spartak”, “Almaz”, “Dinamo”(Stavropol), “Simurq”, “Sibir”, “Baltika”, “Mika”, “Zorkiy”, “SKA-Xabarovsk”, “Ximki” klublarını çalışdırıb.
Qeyd edək ki, Tufan Sadıqovun sahibi olduğu klubda maliyyə problemi hökm sürür. İki gün öncə futbolçuların maaşlarının ödənilməməsi səbəbindən məşqə gəlmədiyi bildirilirdi. Səkkiz həftədir maaş almayan oyunçular ödənişlərini noyabr ayına qədər gözləyib, bundan sonra isə kluba müqavilələrinin ləğvi barədə bildiriş göndəriblər.
saytlarin hazirlanmasi
