"Dinamo"nun oyunçusu Ülvi Babayev Rusiya kubokunda "Krılya Sovetov"la matçda het-trik etməklə azərbaycanlı futbolsevərlərin diqqətini çəkib. Əslən azərbaycanlı futbolçunun performansı sevinclə qarşılanıb.
Sportal.az saytının əldə etdiyi məlumata görə, bir müddət əvvəl Bakıda Ülvi Babayevin atası ilə AFFA rəsmiləri arasında görüş olub. 21 yaşlı futbolçunun Azərbaycan millisinə cəlb olunması məsələsi müzakirə edilib. Lakin mövzu açıq qalıb. Məsələ burasındadır ki, Ülvi Babayevin Rusiya millisinə dəvət almaq variantı var. Onun çıxış etdiyi Moskva "Dinamo"sunu həm də millinin baş məşqçisi olan Valeri Karpinin çalışdırması bu ehtimalları artırır.
Qeyd edək ki, Ülvi Babayevin "Dinamo" ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi
