"Qarabağ"ın rəqibindən səfər qələbəsi

21:12 - 26 Oktyabr 2025

Futbol üzrə Niderland çempionat çempionatında 10-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayaks" bu gün səfərdə "Tvente"nin qonağı olub. Qarşılaşma Amsterdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Ayaks" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Bakıda baş tutacaq.

Xəbər xətti