"Neftçi" "Qəbələ"yə qalib gəldi, "Qarabağ" - "Şamaxı" matçında sülh - YENİLƏNİB

20:22 - 26 Oktyabr 2025

Misli Premyer Liqasında 9-cu tura bu gün yekun vurulub.

Sportal.az xəbər verir ki, "Neftçi" "Qəbələ"nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" isə "Şamaxı" ilə üz-üzə gəlib. Burada isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası. 9-cu tur

26 oktyabr

16:00. "Qəbələ" - "Neftçi" 0:2
Qollar: 
İfeanyi Metyu, 71, Vensan Abubakar, 81

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ şəhər stadionu

18:30. "Qarabağ" – "Şamaxı" 0:0 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Azərsun Arena"

Xəbər xətti