“Neftçi”nin kamerunlu yeni futbolçusu Vensan Abubakar Azərbaycan Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirilən (2:0) oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, klubun rəsmi kanalına danışan Abubakar qol və assistlə yadda qaldığı görüşdən sonra paytaxt klubuna keçidi barədə danışıb:
“Oyundan sonra ilk növbədə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar məni buraya gəldiyim ilk gündən ailə kimi qarşıladılar. Bu, futbolçunun daha tez uyğunlaşmasına kömək edir. Mən bura komandaya kömək etmək və uşaqların daha da güclənməsinə dəstək olmaq üçün gəlmişəm. Əgər biz bir yumruq kimi birləşsək, daha yaxşı çıxış edə bilərik. Azərbaycana gələn kimi "Neftçi" azarkeşləri məni çox isti qarşıladılar, mənimlə ünsiyyət qurdular, gəlişimə sevindiklərini bildirdilər. Mən də əlimdən gələnin ən yaxşısını edərək onları sevindirməyə çalışıram. Dəstəklərinə görə onlara minnətdaram".
saytlarin hazirlanmasi
