Türkiyə Super Liqasında XVI turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Trabzonda baş tutub. Burada "Beşiktaş" "Trabzonspor"un qonağı olub. 6 qolun olduğu matçda qalib müəyyənləşməyib - 3:3.
Qeyd edək ki, "Trabzonspor" 35 xalla 2-ci, "Beşiktaş" isə 26 xalla 5-ci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
XVI tur
"Trabzonspor" - "Beşiktaş" 3:3
Qollar: E.Muçi,25, C.İnai Oulai,63, O.Zubkov,84, - T.Abraham,18, V.Çerni,22, 31
Qırmızı vərəqə: E.Toure,38("Beşiktaş")
saytlarin hazirlanmasi
