"Sabah"da qış fasiləsində ayrılıq olacağı gözlənilir.
Sportal.az saytına verilən məlumata görə, Boyan Letiç Masazır klubundan ayrıla bilər.
Bosniya və Herseqovinanın U-21 yığmasında da oynamış Letiçin qış fasiləsi zamanı ölkəmizi tərk edərək Serbiyaya yollanacağı gözlənilir. Ona Serbiya Superliqası klublarından təkliflər var.
32 yaşlı müdafiəçinin “Sabah”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Letiç karyerası ərzində “Velej Mostar”, “Jilina”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş”, “Mirandes” klublarında oynadıqdan sonra 2022-ci ildə “Sabah”a keçib.
saytlarin hazirlanmasi
