"Bavariya" doğma meydanda autsayderlə matçda xal itirdi - VİDEO

23:29 - 14 Dekabr 2025

Almaniya Bundesliqasında XIV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, doğma meydanda "Maynts"ı qəbul edən "Bavariya" 2:2 hesablı heç-heçə edib.

Qeyd edək ki, xal itkisinə baxmayaraq, "Bavariya" 38 xalla liderliyini davam etdirir. "Maynts" isə 7 xalla sonuncudur.

Almaniya Bundesliqası

XIV tur

"Bavariya"  - "Maynts" 2:2

Qollar: L.Karl, 29, H.Keyn,87(pen), - K.Potulski, 45+2, Lee.Jae-Sung,67

Xəbər xətti