Millimizin üzvü oynadı, komandası ölkə kubokunda 1/4 finala adladı - VİDEO

09:22 - 14 Dekabr 2025

Bolqarıstan kubokunun 1/8 final mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə "Çerno More" ilə qarşılaşıb.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hüseynov bütün matçı meydanda keçirib. Beləliklə, “Arda” kubokda 1/4 finala yüksəlib.

Xəbər xətti