"Dinamo" Moskva klubunun gənc futbolçusu Ülvi Babayev Rusiya kubokunda het-trik etməklə diqqətləri üzərinə çəkib. Azərbaycanlı futbolsevərlər də Rusiya vətəndaşı olan həmyerlimizi yaxından izləməyə başlayıblar.
Sportal.az saytı Ülviylə bağlı maraqlı fakt öyrənib. Bu məlumatı saytımıza rusiyalı futbol agenti İmran Rzayev verib:
"Ülvi Babayev Rusiyanın ən perspektivli futbolçularından biri hesab olunur. Bir müddət əvvəl "Krılya Sovetov" onu böyek məbləğ qarşılığında almaq istəyirdi. Lakin həm millinin, həm "Dinamo"nun baş məşqçisi olan Valeri Karpin onu buraxmadı.
Ad çəkməyəcəm, amma deyim ki, Azərbaycan klublarından biri onu icarəyə götürmək istəyirdi. Bu istiqamətdə "Dinamo" klubu ilə danışıqlarım oldu, razılaşmadılar. Məsələ burasındadır ki, onun Rusiya millisinə dəvət almaq ehtimalı var. Belədə Valeri Karpinin yanından ayrılması real görünmür".
saytlarin hazirlanmasi
