“Bavariya”nın hücumçusu Harri Keyn klubdan ayrılmağı planlaşdırmır.Daha əvvəl bildirilmişdi ki, futbolçunun müqaviləsində 65 milyon avro məbləğində təzminat maddəsi var və bu, yay transfer pəncərəsində qüvvəyə minə bilər. Bunun baş verməsi üçün ingilis forvard müvafiq opsiyanı əvvəlcədən – 31 yanvara qədər aktivləşdirməlidir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Keyn bunu etməmək qərarına gəlib. Bundan əlavə, o, 2026-cı il dünya çempionatından sonra Münhen klubu ilə yeni müqavilənin müzakirəsinə hazırdır. Hazırkı müqavilə 2027-ci ilə qədərdir, tərəflər onu daha bir mövsüm uzatmağa açıqdır.
Qeyd olunur ki, Harrinin Premyer Liqada Alan Şirerın qol rekordunu yeniləməkdənsə, “Bavariya” ilə titullar qazanması daha önəmlidir. “Nyukasl”ın keçmiş hücumçusu Şirer İngiltərə liqasında 260 qol vurub, Keynin isə hesabında 213 qol var.
“Barselona”nın marağına gəlincə, katalon klubunda hücumçu haqqında müsbət fikirlər səsləndirilsə də, onun transferi ciddi şəkildə müzakirə olunmayıb.
saytlarin hazirlanmasi
