Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişmədi

14:37 - 11 Dekabr 2025

FIFA-nın qadın futbol milli komandalarının dekabr ayı üçün yenilənmiş reytinqi açıqlanıb.

Sportal.az xəbər verir ki, 2025-ci il üçün son reytinqə əsasən, Azərbaycan 17.86 xal toplayaraq 74-cü yerdə (1318.261 xal) qalır.

Son yeniləmədən bəri Azərbaycan milli komandası Qazaxıstanla (2:1, 1:0) və FIFA seriyasında Malayziya (1:0) və Banqladeşlə (2:1) iki yoldaşlıq oyunu keçirib. Millimizə ən yaxın Trinidad və Tobaqodur(1301.941). 

2027-ci il Dünya Kuboku seçmə mərhələsində G3 qrupundakı Azərbaycanın rəqibləri aşağıdakı kimi sıralanıb: Macarıstan – 45-ci (1510.721), Şimali Makedoniya – 137-ci (1086.489) və Andorra – 182-ci (803.56).

Reytinqin ilk 10-luğunda aşağıdakı komandalar yer alır: İspaniya (2094.891), ABŞ (2057.583), Almaniya (2010.790), İngiltərə (2009.679), İsveç (1993.396), Braziliya (1993.077), Fransa (1992.605), Yaponiya (1977.338), Şimali Koreya (1944.217) və Kanada (1940.688).
 

Xəbər xətti