Fransalı yarımmüdafiəçi "Yuventus"un hədəfində

19:26 - 27 Oktyabr 2025

"Udineze"nin yarımmüdafiəçisi Artur Atta İtaliyada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" fransalı futbolçunun xidmətində marraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Ağ-qaralar" 22 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Udineze" Artur Attanı mövsümün əvvəlində "Mets"dən 8 milyon avroya transfer edib. O, A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti