İş adamı Adnan Əhmədzadənin həbsindən sonra "Marset"dəki uşaqların akademiyadan geri qaytarılması barədə xəbər vermişik.
Sportal.az saytının əldə etdiyi məlumata görə, bu məsələdə müəyyən sıxıntılar ortaya çıxıb. Akademiya rəhbərliyi 32 uşaqdan 5-6 nəfərini saxlamağı üzərinə götürsə də, qalanlarının geri qayıtmasını istəyib. Futbolçulardan bəziləri millimizin müvafiq yaş qruplarının düşərgəsində olduğu üçün yığmayla vətənə dönüblər.
Lakin İspaniyada olanlar hələ də geri qayıda bilmirlər. ASTA şirkəti hesabları dondurulduğu üçün uşaqlara bilet ala bilmir. Bəzi valideynlərin də buna imkanı çatmır. Ona görə də, belə bir dolaşıq vəziyyət alınıb.
Qeyd edək ki, bir neçə ildir ki, ASTA şirkətinin layihəsi çərçivəsində azərbaycanlı uşaqlar Barselonanın "Marset" Futbol Akademiyasında futbolun sirlərinə yiyələnib. Lakin iş adamı Adnan Əhmədzadənin həbsindən sonra maliyyələşmə dayanıb və akademiya rəhbərliyi valideynlərə uşaqları daha burada saxlaya bilməyəcəyini deyib.
saytlarin hazirlanmasi
