"Ayaks"ın hücumçusu: "Qarabağ"la matçdakı qələbə bizə motivasiya verir"

12:22 - 14 Dekabr 2025

"Ayaks"ın hücumçusu Kasper Dolberq Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Bakıda “Qarabağ”ı üzərində qazanılan 4:2 hesablı qələbəni şərh edib.

Sportal.az “De Telegraaf”a istinadən xəbər verir ki, danimarkalı forvard paytaxtımızda əldə etdikləri 3 xalın onlar üçün çox vacib olduğunu bildirib:

“Bu mövsüm avrokuboklar bizim üçün uğursuz oldu. Buna baxmayaraq, bu qələbəni uzun müddətdir gözləyirdik. Hər halda, həmin qələbəni Bakıda qazandıq və biz buna çox sevinirik. “Qarabağ”a qarşı yaxşı oyun oynadıq və bacardığımız hər şeyi göstərdik. Komandamın ilk qolunu vurduğum və hesabı bərabərləşdirdiyim üçün şadam. Bəli, növbəti mərhələyə keçmək üçün demək olar ki, heç bir şansımız yoxdur. Amma "Qarabağ"la görüşdəki qələbə komandanı motivasiya edir və bizə inkişaf etmək imkanı verir".

Xəbər xətti