"Yuventus" və "Barselona"da oynadı, Türkiyəyə geri qayıtmaq istəyir

10:47 - 27 Oktyabr 2025

Bosniya və Herseqovina millisinin sabiq üzvü Miralem Pyaniç yenidən Türkiyədə oynamaq istəyir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçuya Türkiyə 1-ci liqasında yarışan “Iğdır”dan təklif gəlib.

Lakin təcrübəli futbolçu qarşı tərəfədə hələ ki konkret cavab verməyib. “Iğdır” hazırda 1-ci liqada 8-ci pillədədir və qarşısında Super Liqaya yüksəlmək hədəfi qoyub.

Hazırda azad agent statusuna malik olan Pyaniç vaxtı ilə “Metz”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş”, “Şarjah”, ÇSKA(Moskva) klublarının formasını geyinib.
 

Xəbər xətti