PSJ üçün ötən mövsümdə rekord gəlir

22:37 - 28 Oktyabr 2025

PSJ ötən mövsüm üzrə rekord gəlir əldə etdiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, Paris klubu 2024/25 mövsümündə ümumilikdə 837 milyon avro qazandığını bildirib. Bunun 367 milyon avrosu kommersiya gəlirləri, 175 milyon avrosu isə matç günlərindən əldə olunan gəlirlərdir. Bu da yeni rekord sayılır.

Qeyd olunur ki, klub 2011-ci ildə "Qatar Sports Investments" tərəfindən alındıqdan sonra gəlirlər 8,5 dəfə artaraq 99 milyon avrodan 837 milyona çatıb.

Xəbər xətti