Brendan Rocers istefaya göndərildi - RƏSMİ

12:14 - 28 Oktyabr 2025

Mövsümə uğursuz start verən "Seltik" baş məşqçi Brendan Rocerslə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Şotlandiya təmsilçisi irlandiyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Brendan Rocers 2023-cü ilin yayında "Seltik"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda ölkə çempionatında 9 turdan sonra 17 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Harts"dan 8 xal geri qalır.

Xəbər xətti