İstanbul nəhəngləri transferdə rəqib oldular

20:06 - 27 Oktyabr 2025

"Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" kamerunlu futbolçusu transfer etmək üçün mübarizə aparır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İstanbul nəhəngləri 29 yaşlı orta xətt oyunçusunu yanvar ayında heyətinə qatmaq üçün İtaliya klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, "Napoli" Frank Anqissanı 2021-ci ilin yayında "Fulhem"dən transfer edib. Kamerun millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti