17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi
