"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına açıqlama verb. O, komandasının Misli Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qalib gəlməsini və özünün bu mövsüm debütünə şərh verib:
"Çox ağır oyun oldu. “Sumqayıt” hesabda geri düşdükdən sonra təzyiqi artırdı. Əsas odur ki, bizə lazım üç xalı qazana bildik. Çünki qələbəni çox istəyirdik. Son matçda “Sabah”a uduzmuşduq. Belə məğlubiyyətlər həmişə ağır olur. Ancaq komanda şəklində toparlanıb, tez bir zamanda bu oyunu unudaraq, “Sumqayıt” matçına konsentrasiya ola bildik. Hər halda, qalibiyyət bizi çox sevindirdi. Debütümə gəldikdə, hamı oynamaq istəyir. Mən də məşqlərdə çalışıb, öz vaxtımı gözləyirdim. Bacardığım qədər komandaya kömək etməyə çalışdım".
"Zirə" Misli Premyer Liqasının 10-cu turunda “Karvan-Yevlax”la qarşılaşacaq. Bayramovun fikrincə, həmin görüş çətin keçəcək:
"Təbii ki, artıq “Sumayıt” matçı geridə qaldı və növbəti oyun haqda düşünməliyik. Biz “Karvan”la matça hazırlaşacağıq. Çətin oyun olacaq. Çalışacağıq ki, maksimum nəticə qazanaq. Azərbaycan Premyer Liqasında asan oyun yoxdur, hər bir görüş çətindir".
Mirbağırağa
