“Nottingem” Anderson üçün 100–120 milyon funt tələb edir - "Mançester Yunyated" və "Nyukasl"In hədəfində

00:55 - 28 Oktyabr 2025

“Nottingem Forest” Elliot Andersoni 100–120 milyon funt sterlinqə qiymətləndirir. Əvvəlcə 22 yaşlı yarımmüdafiəçiyə “Mançester Yunayted”in maraq göstərdiyi məlum olmuşdu.

Sportal.az xəbər verir ki, oyunçu həmçinin “Nyukasl”ın diqqətini çəkib. Hər iki klub maraqlarını artıq açıqlayıb, lakin jurnalist Florian Plettenberqin vurğuladığı kimi, digər bir çox top-klublar da futbolçunu yaxından izləyir.

“Nottingem” şotland oyunçunu əsas oyunçu hesab edir və yay transfer pəncərəsində onun keçidi üçün təxminən 100–120 milyon funt tələb edəcək.

Andersonin hazırkı müqaviləsi 2029-cu ilə qədərdir və içində sərbəst qalma məbləği nəzərdə tutulmayıb.

Cari mövsümdə Elliot Premyer Liqada 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti