Raca Nainqqolan Belçika milli komandasının sabiq baş məşqçisi Roberto Martines haqda danışıb.
Sportal.az xəbər verir ki, "Lokeren"də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ispan mütəxəssisi tənqid edib. Belçikalı futbolçu Martinesin pis məşqçi olduğunu bildirib:
"Roberto Martines pis baş məşqçidir. Millidə problem yaşadığımız zaman fərdi bacarıqlar ön plana çıxırdı. Top Eden Azara, Kevin De Bruyneyə və Romelu Lukakuya gedirdi. Daha yaxşı baş məşqçimiz olsaydı, kuboklar qazana bilərdik".
Qeyd edək ki, Roberto Martines 2016-2022-ci illərdə Belçika yığmasını çalışdırıb. Nainqqolan isə 2009-cu ildən 2018-ci ilə kimi yığmanın formasını geyinib.
saytlarin hazirlanmasi
