"Real"ın hücumçusu Almaniya klubuna keçə bilər

21:26 - 28 Oktyabr 2025

"Real"ın hücumçusu Endrik karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Ştutqart" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Goal" nəşri məlumat yayıb.

Bundesliqa təmsilçisi Endriki 6 aylıq icarəyə götürməyi planlaşdırır. Artıq klublar arasında danışıqlar başlayıb.

Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan transfer edib. Baş məşqçi Xabi Alonso bu mövsüm rəsmi matçlarda 19 yaşlı forvarda şans verməyib.

Xəbər xətti