Kurban Berdiyev: "Kuboku qazanmağa çalışacağıq"

19:37 - 28 Oktyabr 2025

"Turan Tovuz" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo"nu məğlub edərək 1/8 finala yüksəlib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik.

- Kubokda hədəfiniz nədir?

- Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır.

- İbrahima Vadjinin performansını necə dəyərləndirirsiniz?

- Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır.

Elçin Əlixan

Xəbər xətti